BÜDCƏ

Bu şəxslər ölkədən çıxa bilməyəcək – QADAĞA
01 DEKABR
897

Bu şəxslər ölkədən çıxa bilməyəcək – QADAĞA

2016-12-01 14:57:00

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslərin yeni siyahısını açıqlayıb. Fins.az xərə verir ki, bu dəfə siyahıda 466 nəfərin adı var. Onlardan 3 nəfəri əcnəbi vətəndaşdır.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Qeyd edək ki, vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslərin yeni siyahısı ilə buradan tanış ola bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271