BÜDCƏ

Büdcədən Sahibkarlığa Yardım Fonduna pul ayrılmayacaq
28 NOYABR
375

Büdcədən Sahibkarlığa Yardım Fonduna pul ayrılmayacaq

2016-11-28 14:30:00

Azərbaycan hökuməti 2017-ci ildə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF)kredit portfelinin formalaşdırılmasına vəsait aylırmayacaq. Bu barədə Hesablama Palatasından məlumat verilib.

Xəbər verildiyi kimi, 2017-ci ildə SKMF-ə dövlət büdcəsindən 70 mlın. Manat ayrılacaq.

2016-cı ildə SKMF-ə dövlət büdcəsindən 70 mln. manat həcmində vəsait nəzərdə tutulur.

„Azərbaycan parlamentinə təqdim olunan 2017-ci il dövlət büdcəsi layihəsində SKMF üçün vəsaitin ayrılması nəzərdə tutulmur“, - deyə palatadan qeyd ediblər.

Hesablama Palatası hökumətin bu addımını bir sıra müvəkkil kredit təşkilatların lisenziyalarının ləğv olunması və fond qarşısında öhdəliklərinin ödənilməsi risklərinin artımı, o cümlədən SKMF-in kredit portfelinim kifayət qədər iri həcmini, sahibkarların fonda qaytardıqları proqnozlaşdırılan vəsait həcminin davamlı artımı şəraitində zəruri hesab edir.

Məlumata əsasən, SKMF 2002-2015-ci illərdə biznesin güzəştli kreditləşməsinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən 932 mln. 222,3 min manat əldə edib. Bundan başqa, fondun ayırdığı kreditlər üzrə qaytarılan vəsaitin həcmi 825 mln. 815,2 min manat təşkil edib.

“2016-cı ilin 9 ayı ərzində SKMF dövlət büdcəsindən 51 mln. 212 min manat, digər mənbələrdən 96 mln. 451,1 min manat vəsait əldə edib”, - deyə palatadan bildiriblər.

Bütövlükdə, 1 oktyabr 2016-cı ilə SKMF-nin vəsaiti hesabına müvəkkil kredit təşkilatları sahibkarlara 1 mlrd. 875 mln. 274,4 min manat məbləğində güzəştli kredit verib.

Mənbə: İnterfax

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275