BÜDCƏ

Metroya büdcədən yardım azaldılır
28 NOYABR
191

Metroya büdcədən yardım azaldılır

2016-11-28 09:11:00

2017-ci ildə “Bakı Metropoliteni” QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2015-2016-cı illərin müvafiq göstəricilərindən 7 998,2 min manat və ya 21,0% az olmaqla 30 000,0 min manat vəsait (subsidiya) proqnozlaşdırılıb.

Bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində bildirilir.

Hesablama Palatasının apardığı nəzarət tədbiri ilə müəyyən edilib ki, metropolitenlə sərnişindaşıma xidmətlərinin maya dəyərinin artırılmasının qarşısının alınması, Cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin (metropolitenlə sərnişindaşıma xidmətinə aid olmayan) fəaliyyəti ilə bağlı müxtəlif xərclərin, normalara uyğun olmayan ezamiyyə xərclərinin azaldılması, mühasibat uçotunun qanunvericilik aktlarının tələblərinə tam şəkildə uyğunlaşdırılması və maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi “Bakı Metropoliteni”nə ayrılan subsidiyaların azaldılmasına və dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsinə gətirib çıxaracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275