BÜDCƏ

Hesablama Palatası: Bundan sonrakı 4 ildə də dövlət büdcəsi kiçiləcək
26 NOYABR
532

Hesablama Palatası: Bundan sonrakı 4 ildə də dövlət büdcəsi kiçiləcək

2016-11-26 12:03:00

Hesablama Palatası: Dövlət büdcəsinin gəlirlərindəki azalma qarşıdakı 4 ildə də davam edəcək

Dövlət büdcəsinin gəlirləri 2018-2020-ci illərdə müvafiq olaraq 15 696,7 mln. manat, 15 252,8 mln. manat və 14 737,9 mln. manat olmaqla azalma ilə nəzərdə tutulub.

Bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2018-2020-ci illərdə dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin müvafiq olaraq 24,6%, 22,5% və 20,9% səviyyəsində azalması nəzərdə tutulur. Bu da həmin illər üzrə büdcə gəlirlərinin azalma, ÜDM-in isə artımla proqnozlaşdırılması hesabınadır.

2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16 600,0 mln. manat məbləğində olmaqla 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 184,5 mln. manat və ya 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1 895,0 mln. manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 mln. manat və ya 2,4% az nəzərdə tutulub.

Eləcə də bax: Azərbaycanın təvazökar baş naziri - FOTOLAR

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272