BÜDCƏ

Gələn ilin maaşlarına ayrılan məbləğ 15 % artacaq
25 NOYABR
1008

Gələn ilin maaşlarına ayrılan məbləğ 15 % artacaq

2016-11-25 15:30:00

Azərbaycanın 2017-il dövlət büdcəsinin məxaricinin layihəsində əməyin ödənişi xərcləri 4 077,0 mln. manat və ya ümumi xərclərin 24,6%-i həcmində nəzərdə tutulub.

Fins.az-ın məlumatına görə, Report bu barədə 2017-ci il büdcə zərfinə istinadən xəbər verir.

Əməyin ödənişi üzrə xərclər 2016-cı ilin analoji proqnozu ilə müqayisədə 6,37%, 2016-ci ilin gözlənilən icra proqnozu ilə müqayisədə isə 14,99% çoxdur.

Dövlət büdcəsi istehlakı 2017-ci ilə 7 200,4 mln. manat məbləğində olmaqla büdcə xərclərində 43,4% səviyyəsində proqnozlaşdırılır. Bu, 2016-cı ilin proqnozlaşdırılan göstəricisi ilə müqayisədə 2,7% çoxdur. 

Qeyd edək ki, 2017-ci il üçün büdcə xərcləri 16,6 mlrd. manat həcmində nəzərdə tutulub.

Eləcə də bax: Dövlət televiziyalarına ayrılan məbləğ azaldıldı – MƏBLƏĞ

Mənbə:Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270