BÜDCƏ

Dövlət hesabına gedən inkişaf özəl sektoru sıxışdırırdı – AÇIQLAMA
24 NOYABR
442

Dövlət hesabına gedən inkişaf özəl sektoru sıxışdırırdı – AÇIQLAMA

2016-11-24 12:51:00

Gələn ildən Dövlət Neft Fondundan büdcəyə transferlər 25% azalacaq. Fins.az Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümova istinadən xəbər verir ki, qarşıdakı il Fond büdcəyə 3,5 milyard dollar köçürəcək. Səbəb isə ölkənin neft satışından əldə etdiyi gəlirlərin azalmasıdır.

Ş.Mövsümovun sözlərinə görə, bu il Neft Fondu büdcəyə 4,7 milyard dollar həcmində trensferi reallaşdırıb: “Azərbaycanın ÜDM-nin yarısı neft sektorundan formalaşır. İşçi qüvvəsinin isə cəmisi 1 faizi bu sektordadır.  Belə görünür ki, neft sektoru dövlətin gəlirlərini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır, lakin işsizliyin aradan qaldırılması üçün payı çox azdır”.  

Fond rəhbəri hesab edir ki, indiyə qədər dövlət hesabına gedən inkişaf özəl sektorun inkişafını ləngitdi və nəticədə özəl sktorun iqtisadiyyatda payı artmadı. Post neft dövrü isə sırf özəl sektorun üzərində qurulan bir iqtisadiyyat olacaq. Buna görə də ölkədə özəl sektorun inkişafına yönəlilən bütün imkanlardan istifadə edilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272