BÜDCƏ

Büdcə müzakirəsi dekabra qaldı
22 NOYABR
212

Büdcə müzakirəsi dekabra qaldı

2016-11-22 11:13:00

Noyabrın 30-da və dekabrın 1-də Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisdə komitələrin birgə müzakirəsinə çıxarılacaq.

MM-dən verilən məlumata görə, komitələrin iclasında plenar iclasa tövsiyə olunduğu təqdirdə, layihələrin dekabrın 6-da, 7-də və 8-də plenar iclasların müzakirəsinə çıxarılması gözlənilir.

Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275