BÜDCƏ

Azərbaycanda bank sisteminin sağlamlaşdırılması davam etdiriləcək
21 NOYABR
717

Azərbaycanda bank sisteminin sağlamlaşdırılması davam etdiriləcək

2016-11-21 18:06:00

Azərbaycanda 2017-2020-ci illər üzrə sosial-iqtisadi inkişafın ortamüddətli prioritetləri açıqlanıb. Fins.az xəbər verir ki, 2017-ci il dövlət büdcəsi zərfində ortamüddətli dövrdə bank sisteminin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılacağı qeyd olunub.

Sənəddə bildirilib ki, növbəti illərdə iqtisadiyyatın real sektoruna kredit qoyuluşlarının optimal səviyyədə həyata keçirilməsinin, habelə sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinin vacibliyi nəzərə alınaraq, real sektor təmsilçiləri və banklar arasında əlverişli işgüzar mühitin formalaşdırılması, eləcə də banklar tərəfindən müvafiq layihələrin maliyyələşdirilməsi məsələləri diqqətdə saxlanılacaq. 

“Göstərilənlərlə yanaşı, bank sisteminin sağlamlaşdırılması, bankların restrukturizasiyası mexanizmlərinin hüquqi çərçivəsinin yaradılması, banklara uzunmüddətli likvidlik dəstəyinin təmin edilməsi, bankların institusional və risk idarəetməsi potensialının gücləndirilməsi, bankların maliyyə hesabatlığının şəffaflığının təmin edilməsi, maliyyə sisteminə dəstəkverici hüquqi çərçivəsinin gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək. 

Ödəniş sistemlərinin inkişaf etdirilməsi, elektron ödəniş sistemlərindən daha fəal istifadə olunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi istiqamətində işlər davam etdiriləcək, əmanətçilərin və bank kreditorlarının maraqlarının müdafiəsinin gücləndirilməsi təmin ediləcək.  

 

Mənbə: Apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272