BÜDCƏ

Gömrük planı yerinə yetirdi – DEVALVASİYANIN KÖMƏYİ İLƏ
16 NOYABR
771

Gömrük planı yerinə yetirdi – DEVALVASİYANIN KÖMƏYİ İLƏ

2016-11-16 11:11:00

İlin başa çatmasına ayyarım qalmış Dövlət Gömrük Komitəsi (DGK) illik planı artıqlaması ilə yerinə yetirib. Təkcə oktyabr ayında 183,1 milyon manat toplanıb.

Əvvəlki ildəkindən 46 faiz çox

Komitənin noyabrın 15-də açıqladığı məlumata görə, bu ilin 10 ayında qurum dövlət büdcəsinə 1 milyard 837 milyon manat vergi və rüsum toplayıb. İllik plan bundan 27 milyon manat az idi.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə gömrükçülər 46 faiz daha çox vəsait toplayıblar. Səbəb - devalvasiyadır. Dollarla hesablanıb, manatla ödənilən gömrük vergi və rüsumları sayəsində komitə planı asanlıqla yerinə yetirib.

Plan artırılıb

Gələn ilin dövlət büdcəsi layihəsində DGK-ya 2,2 milyard manatlıq plan müəyyənləşdirilməsi nəzərdə tutulur. Bir çox ekspertin fikrincə, idxal həcmi azalmayacaqsa, gömrükçülərin bu hədəfə çatması çətin olmayacaq.

Hökumət 15 illik fasilədən sonra bəzi mallara (mis və dəri) ixrac rüsumu tətbiq etməyə başlayıb, bəzi məhsullarınsa idxal vergisi artırılıb. Həmin siyahını genişləndiriləcəyi gözlənilir.

Mənbə:Azadlıq.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275