BÜDCƏ

Azərbaycanda büdcə kəsirinin ÜDM-ə nisbəti azalıb
16 NOYABR
167

Azərbaycanda büdcə kəsirinin ÜDM-ə nisbəti azalıb

2016-11-16 09:13:00

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 103,9 mln. manat, xərcləri 12 468,2 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, "Report" bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.

Büdcənin icrasında 364,3 mln. manatlıq və ya ümumi daxili məhsulun 0,7%-i qədər kəsir yaranıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 10 103,1 mln. manat, xərcləri 10 622,2 mln. manat təşkil edib, büdcənin icrasında 519,1 mln. manatlıq və ya ÜDM-in 1,2%-i qədər kəsir yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275