BÜDCƏ

Bu şəxslərə ölkədən çıxmaq – QADAĞAN EDİLDİ
15 NOYABR
470

Bu şəxslərə ölkədən çıxmaq – QADAĞAN EDİLDİ

2016-11-15 13:58:00

Vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırıan vergi ödəyicilərinin sayı artıb. Fins.az xəbər verir ki, Vergilər Nazirliyihəmin şəxslərin yeni siyahısı açıqlayıb.

Siyahıda 420 nəfərin adı var. Onlardan 2 nəfəri xarici vətəndaşdır.

Tam siyahı ilə buradan tanış ola bilərsiniz.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275