BÜDCƏ

Bu şirkətlərin rəhbərlərinə qadağa qoyuldu – SİYAHI
15 NOYABR
286

Bu şirkətlərin rəhbərlərinə qadağa qoyuldu – SİYAHI

2016-11-15 13:51:00

Vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılan şirkət rəhbərlərinin sayı artıb. Fins. az xəbər verir ki, Vergilər Nazirliyi yeni siyahını açıqlayıb.

Siyahıda 721 şirkətin adı yer alıb. Onlardan 7 nəfəri xarici vətəndaşdır.

Tam siyahı ilə buradan tanış ola bilərsiniz.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Eləcə də bax: «Bunu edəndə vergi borcunu dərhal ödəyirlər» – MÜSAHİBƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272