BÜDCƏ

Bu valyuta ehtiyyatları ilə idxalı nə qədər ödəmək mümkündür?
14 NOYABR
205

Bu valyuta ehtiyyatları ilə idxalı nə qədər ödəmək mümkündür?

2016-11-14 09:07:00

30 sentyabr 2016-cı il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 38,5 mlrd. dollar təşkil edib. Fins.az-ın verildiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın İcmalında bildirilir.

2016-cı il yanvarın 1-nə ölkənin strateji valyuta ehtiyatları təxminən 39 mlrd.dollar təşkil edib. Beləliklə, cari ilin 9 ayı ərzində valyuta ehtiyatları 1% azalıb.

«Sentyabr ayının sonuna olan məlumata görə, 38,5 mlrd. dollar məbləğində strateji valyuta ehtiyatları respublikaya 29 ay ərzində mal və xidmət idxalını ödəməyə imkan verir. Ümumilikdə valyuta ehtiyatları Azərbaycanın xarici dövlət borcundan 4,3 dəfə çoxdur», – deyə məlumatda bildirilir.

Cari ilin III rübü ərzində strateji valyuta ehtiyatları 200 mln. dollar artıb.

Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275