BÜDCƏ

Bu şirkət rəhbərlərinə xaricə çıxmaq qadağan edildi-SİYAHI
12 NOYABR
762

Bu şirkət rəhbərlərinə xaricə çıxmaq qadağan edildi-SİYAHI

2016-11-12 11:14:00

Vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılan şirkət rəhbərlərinin sayı artıb. Vergilər Nazirliyindən fins.az-a verilən xəbər görə, siyahıda 715 şirkətin adı yer alıb. 

Siyahıda adı çəkilən şirkət rəhbərlərindən 8 nəfəri xarici vətəndaşdır. 

Tam siyahı ilə buradan tanış ola bilərsiniz.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275