BÜDCƏ

Özəl sektorda işləyənlər azalıb-STATİSTİKA
12 NOYABR
272

Özəl sektorda işləyənlər azalıb-STATİSTİKA

2016-11-12 09:51:00

Bu ilin avqust ayı ilə müqayisədə sentyabrda iqtisadiyyatda çalışanların sayı azalıb. Dövlət Statistika Komitəsindən (DSK) fins.az-a verilən məlumata görə, 2016-cı il oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 516,4 min nəfər olub. Bu il senytanrın 1-dək həmin rəqəm 1 520,2 min nəfər olub.

Azalma daha çox özəl sektorda müşahidə olunub. Belə ki, avqust ayında bu sektorda işləyənlərin sayı 632,4 min nəfər olduğu halda, sentyabrda bu rəqəm ,      629,7 min nəfər olub. Özəl sektorda çalışanların sayı təxminən 2,3% azalıb.

İşçilərin sayının azalması dövlət sektorunda da müşahidə edilib. 2016-cı il oktyabrın 1-dən bu sahədə çalışanların sayı 886,7 min nəfər olub. Sentyabrın 1-dək isə  bu rəqəm 887,8 min nəfər təşkil edib.      

Muzdla işləyənlərin 22 faizi təhsil,

18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,

12,9 faizi sənaye,

8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,

7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,

6,5 faizi tikinti,

 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı,

3,7 faizi peşə, elmi və texniki fəaliyyət,

3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,

1,7 faizi maliyyə və sığorta fəaliyyəti,

10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275