BÜDCƏ

Ölkədən çıxışa qadağa ilə bağlı yenilik – VİDEO
10 NOYABR
826

Ölkədən çıxışa qadağa ilə bağlı yenilik – VİDEO

2016-11-10 15:52:00

Vergi borcunu ödəyənlərin ölkədən çıxışına qoyulan qadağa dərhal aradan qaldırılacaq. Bunu fins.az-a açıqlamasında Vergilər Naziriyinin nazirliyinin baş idarə rəisinin müavini Rəsul Hüseynov deyib. Onun sözlərinə görə, bu yenilik Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra mümkün olacaq. Həmin dəyişiklikdən sonra vergi borcuna görə ölkədən çıxışına məhdudiyyətin aradan götürülməsi ilə bağlı qərarları Vergilər Nazirliyi verəcək.

Qeyd edək ki, hazırda vergi borcunu ödəmədiyinə görə, müxtəlif fiziki şəxslərin və şirkət rəhbərlərinin ölkədən çıxışına qadağa qoyulması praktikası geniş yayılıb. Hazırki qanunvericiliyə görə, vergi ödəyicisinin ölkədən çıxışına qadağa Vergilər Nazirliyinin təqlimatı ilə məhkəmə qərarı əsasəndə qoyulur. Vergi borcu ödənildikdən sonra  isə həmin şəxsin çıxışına qoyulan qadağa da məhkəmənin qərarı ilə götürülür.

Dəyişkliklərdən sonra isə qadağanın götürülməsi prosesi sürətlənəcək. R.Hüseynov deyib ki, yeniliyə əsasən vergi borcunu ödəyən şəxslə bağlı qadağa Vergilər Nazirliyi tərəfindən dərhal götürüləcək və bununla bağlı məhkəməyə müraciət etməyə ehtiyac qalmayacaq.

Artıq bununla bağlı  Vergi Məcəlləsinə edilən dəyişikliklərin layihəsi Milli Məclisdə qəbul edilib. Yaxın günlərdə onun ölkə başçısı tərəfindən  imzalanması və qüvvəyə minməsi gözlənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274