BÜDCƏ

Aksiz qoyulan malların lisenziyasız satışına icazə verilib
10 NOYABR
219

Aksiz qoyulan malların lisenziyasız satışına icazə verilib

2016-11-10 08:47:00

Sahibkarlara aksiz qoyulan malları lisenziyasız satmaq icazəsi verilib. Buna “Azərbaycan respublikası ərazində aksiz markaları qoyulmalı olan malların dövriyyəsinin tənzimlənməsi qaydalarına” edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra mümkün olub. 

Bir qədər əvvəl bununla bağlı prezident müvafiq fərman imzalayıb. Sənədə əsasən, “markalanmalı olan malların istehsal binasından çıxarılması, onların idxalı yaxud anbardan buraxılmasına ancaq o halda imkan verilir ki, əgər bu malların istehsalını, idxalını yaxud satışını buna lisenziyası olan vergi ödəyiciləri həyata keçirir” qeyd edilən 3.1.1 yarımbənd ləğv edilib.

Bu, bu il ilk belə yumşalma deyil. Belə ki, oktyabrın 14-də Milli Məclis aksiz markası vurulmalı olan məhsulların alqı-satqısı qaydalarına dəyişiklik edib, dəyişiklikdə az həcmdə tütün məhsulları və pivənin nağd pulla pərakəndə satışına icazə əksini tapıb.

Mənbə:Contact

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275