BÜDCƏ

Vergilər Nazirliyi büdcə planını doldura bildi
08 NOYABR
364

Vergilər Nazirliyi büdcə planını doldura bildi

2016-11-08 16:03:00

2016-cı ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1 faiz əməl edilib. Bu barədə fins.az-a Vergilər Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, toplanan vəsaitin 4 milyard 310 milyon 845,0 min manatı və ya 75,5%-i qeyri-neft-qaz sektoru üzrə yığılıb. Qeyri neft sektoru üzrə yığılan ödənişlər ötən illə müqayisədə 247 milyon 477,8 min manat çoxalıb. 

Cari ilin yanvar-oktyabr aylarında respublika üzrə 105 605 vergi ödəyicisi qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275