BÜDCƏ

Azərbaycanda məhkəmələri videoya çəkəcəklər – YENİLİK
08 NOYABR
363

Azərbaycanda məhkəmələri videoya çəkəcəklər – YENİLİK

2016-11-08 13:57:00

Azərbayanın məhkəmə sistemində ciddi yeniliklərə başlanır. Fins.az-ın məlumatına görə, yeniliklər arasında məhkəmə iddiasının internet vasitəsilə verilməsi, məhkəmə prosesinin video-audio yazısının aparılması və sö aiddir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, qanuna 4.4-cü, 138.5-ci və 272.4-1-ci maddələr əlavə edilib. 

4.4-cü maddəyə əsasən, iqtisadi mübahisələr ilə bağlı iddia ərizələri, ərizələr, şikayətlər və digər sənədlər məhkəməyə yazılı formada və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Qanununda nəzərdə tutulmuş elektron sənəd formasında verilə bilər.

138.5-ci maddəyə edilən dəyişikliyə əsasən, iqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçiblərsə, məhkəmə bildirişləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat elektron qaydada (elektron poçt və ya SMS vasitəsilə) çatdırılır.

Ən maraqlı yeniliklərdən biri 272.4-1-ci maddədə nəzərdə tutulub. Həmin maddəyə görə, iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən şəxs tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər.”.

Bu dəyişikliklər 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275