BÜDCƏ

Yolun tikilməsinə pul ayrıldı-SƏRƏNCAM
02 NOYABR
362

Yolun tikilməsinə pul ayrıldı-SƏRƏNCAM

2016-11-02 17:17:00

Prezident İlham Əliyev Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Fins.az xəbər verir ki, 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinin başa çatdırılması məqsədi ilə dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulan vəsaitdən 4,9 milyon manat ayrılıb.

Maliyyələşməni və tikinti işlərini təmin etmək Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271