BÜDCƏ

Azərbaycanda 200 mağaza “Tax free” təklif edir
02 NOYABR
213

Azərbaycanda 200 mağaza “Tax free” təklif edir

2016-11-02 13:50:00

Azərbaycanda 204 mağazada “Tax free” sistemi tətbiq olunur. Fins.az-ın verdiyi məlumata görə, bu barədə “Vergilər” qəzetində məlumat verilir.

Qeyd olunur ki, 31 oktyabr 2016-cı il tarixinə olan vəziyyətə görə, “Tax free” sistemi 31 vergi ödəyicisinə məxsus 204 mağazada tətbiq edilir.

Oktyabrın sonuna bu sistem çərçivəsində 59 xarici dövlətin vətəndaşına 2,962 min faktura verilib.

“ƏDV daxil olmaqla, həmin fakturalar çərçivəsində alışların dəyəri 4 mln. 850,8 min manat təşkil edirş Qaytarılan ƏDV-nin məbləği 493,3 min manat səviyyəsində qiymətləndirilir. Bununla belə, xarici vətəndaşlar tərəfindən 492,6 min manat əlavə dəyər vergisi geri qaytarılıb”, - deyə qəzetdə vurğulanır.

“TAX FREE” sisteminin operatoru Vergilər Nazirliyi müəyyən edilib. Vergilər Nazirliyi malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir.

“TAX FREE” sistemi alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir. Xərclərin məbləği 300 manatdan çox olmalıdır. Bura istehsal, yaxud kommersiya məqsədləri ilə bağlı xərclər daxil deyil.

14 yaşınadək şəxslərə münasibətdə tətbiq edilməyən bu sistem həmçinin aksizli mallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, külçə şəklində qiymətli metallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara da şamil edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272