BÜDCƏ

Gömrük Komitəsi planı doldurub
31 OKTYABR
329

Gömrük Komitəsi planı doldurub

2016-10-31 18:15:00

2016-cı ilin sonuna iki ay qalmasına baxmayaraq, gömrük orqanları tərəfindən büdcə proqnozu yerinə yetirilib. Fins.az-ın məlumatına görə, bunu komitə sədri Aydın Əliyev Almaniya səfiri Mixael Kindsqrabla görüşdə deyib. Azərbaycanla Almaniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan DGK sədri A.Əliyev hələ 2007-ci ildə Almaniya Gömrük İdarəsinin nümayəndə heyətinin Azərbaycana səfərini məmnunluqla xatırlayıb, bu səfərin, eləcə də o zaman imzalanan sənədin iki ölkənin müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığında yeni bir səhifə olduğunu bildirib, ümumilikdə bu sahədə prespektivlərdən danışıb, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

İstər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışan Komitə sədri son zamanlar aparılan islahatlar barəsində qonağı ətraflı məlumatlandırıb, 2016-cı ilin sonuna iki ay qalmasına baxmayaraq, gömrük orqanları tərəfindən büdcə proqnozunun yerinə yetirildiyini qeyd edib, cari ilin müvafiq dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, xüsusilə 1100 kq-dan artıq narkotik vasitə-heroinin aşkarlandığını, Almaniyanın “Smith Heimann” şirkətinin istehsalı olan avadanlıqların bu faktların aşkarlanmasında çox böyük faydası olduğunu bildirib.

Ölkələrimiz arasında əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir iqtisadi sferada münasibətlərin daha da genişləndirilməsinin vacibliyini önə çəkib, bunun üçün geniş imkanların mövcud olduğunu bildirib, ölkəmizdə gömrük sferasında aparılan islahatlardan razılıqla söhbət açıb.

Almaniya ilə Azərbaycan arasında gömrük müstəvisində əməkdaşlıq əlaqələrinə nəzər salan Mixael Kindsqrab iki ölkənin aidiyyəti qurumlarının birgə əməkdaşlığının daha da dərinləşməsi və intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270