BÜDCƏ

DHL Azərbaycan bazarına daxil olur
26 OKTYABR
346

DHL Azərbaycan bazarına daxil olur

2016-10-26 09:56:00

Vergilər Nazirliyi “DHL Forwarding Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb. Fins.az xəbər verir ki,  bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb.

Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Türkiyə Respublikası vətəndaşı İnanc Behcet Keremdir. Şirkət DHL-in törəməsidir. 

Qeyd edək ki, Almaniyanın DHL şirkəti dünya logistik bazarının liderlərindən sayılır. Şirkət dünyanın 200 ölkəsində 120 min şəhərə yüklər çatdırır. Şirkətin dünyada 5 mindən artıq ofisi mövcuddur, burada çalışan əməkdaşların sayı 300 minə yaxındır.

Cari ilin may ayında İstanbulda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti DHL şirkətinin nümayəndələri ilə görüşüb. DHL-in Şərqi Avropa üzrə baş icraçı direktoru Kərəm İnancla birgə keçirilən görüşdə tərəflər gələcəkdə Azərbaycanda iri logistik paylayıcı mərkəzin - “hab”ın yaradılması haqda razılığa gəliblər. Həmin “hab” vasitəsi ilə, Çindən gələn yüklərin, burada cəmləşərək, sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanacağı planlaşdırılır.

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272