BÜDCƏ

Azərbaycan iqtisadiyyatı 4% azalıb
17 OKTYABR
197

Azərbaycan iqtisadiyyatı 4% azalıb

2016-10-17 14:12:00

2016-cı ilin 9 ayında ölkə rezidentləri tərəfindən 43 mlrd. 436,3 mln. manat və ya əhalinin hər nəfərinə 4 mln. 512,5 manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in 65,7%-i iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3%-i isə neft-qaz sektorunda istehsal olunub.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,4%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1,8%, sənayedə 1% artıb, tikintidə 32%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,2%, iqtisadiyyatın digər sahələrində isə 2,5% azalıb.

Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-sentyabrında ÜDM-in əvvəlki ilin eyni dövrünə nisbətən 3,9% azalmasına təsir edən əsas amil olub.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272