BÜDCƏ

Torpaq vergisini bələdiyyələr toplayacaq
14 OKTYABR
570

Torpaq vergisini bələdiyyələr toplayacaq

2016-10-14 16:39:00

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə torpaq vergisini bələdiyyələr toplayacaq.

Fins.az-ın məlumatına görə, Milli Məclisin plenar iclasında deputatlar “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna müvafiq dəyişiklikləri qəbul ediblər.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxışında deyib ki, bu dəyişikliklər 2017-ci il yanvarın 1-dən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat təşkil ediləcəyinə görə təklif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272