BÜDCƏ

Nazirlik "Bank Standard"ın vergi borcundan danışdı
14 OKTYABR
301

Nazirlik "Bank Standard"ın vergi borcundan danışdı

2016-10-14 10:51:00

Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin vergi borcu yoxdur. Bunu Vergilər Nazirliyindən deyiblər.

Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərinə gəlincə isə adı çəkilən qurum bu məlumatın bank sirri olduğunu əsas gətirərək açıqlamayıb. 

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nəzarəti altında bankın məcburi ləğvetmə prosesi gedir. 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274