BÜDCƏ

Dövlət borcumuz nə qədərdir? – RƏSMİ AÇIQLAMA
14 OKTYABR
213

Dövlət borcumuz nə qədərdir? – RƏSMİ AÇIQLAMA

2016-10-14 09:17:00

Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) novbəti &Qlobal rəqabətqabiliyyətlilik hesabatını(Global Competitiveness Report) açıqlayıb.

Hesabatda 138 ölkənin iqtisadi durumu, maliyyə riskləri, o cümlədən borc yükü qiymətləndirilir.

Hesabatda ölkələrin dövlət borclarının ÜDM-lərinə nisbətən reytinqi də yer alıb. Məhz bu  nisbət ölkənin borcuna yeni borclanmaya yol vermədən xidmət edə bilib-bilməyəcəyinə proqnozlaşdırmağa imkan verir.

Bu nisbətə görə MDB ölkələri arasında ilk yeri 80,2%-lik göstərici ilə Ukrayna tutur. İkinci yerdə Qırğızıstan (68,8%), üçüncü yerdə Ermənistan (46,6%), dördüncü yerdə Moldova (42%), beşinci yerdə isə Azərbaycan (36,1%) qərarlaşıb. Tacikistan və Qazaxstan müvafiq olaraq 35,9% və 23,3%-ləaltıncı və yeddincyerlərdə qərarlaşıb. Səkkizincyerdə qərarlaşanRusiyanıdövləborcunuÜDM-ə nisbəti 17,7% təşkiedir. Belarus,Türkmənistan, Özbəkistakimölkələr üzrə informasiyyoxdur. 

Bstərici üzrə reytinqin ilonluğunda qərarlaşaölkələisə bunlardır:Yaponiya (248,1%), Yunanıstan (178,4%), Livan (139,1%), İtaliya (132,6%), Portuqaliya (128,8%), Yamayka (124,3%), Kabo-Verde (119,3%), Butan (115,7%), Kipr (108,7%), Belçika (106,3%).

Mənbə: APA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275