BÜDCƏ

Gömrükdə külli miqdarda dollar tutuldu - FOTOLAR
13 OKTYABR
868

Gömrükdə külli miqdarda dollar tutuldu - FOTOLAR

2016-10-13 18:13:00

Azərbaycandan külli miqdarda valyutanın çıxarılmasının qarşısını alınıb.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Fins.az-a ya daxil olan xəbərə görə, Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275