BÜDCƏ

«Biz çox ehtiyatlıyıq» – NEFT FONDUNUN RƏHBƏRİ
12 OKTYABR
493

«Biz çox ehtiyatlıyıq» – NEFT FONDUNUN RƏHBƏRİ

2016-10-12 17:42:00

Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından gəlirliyin nisbətən aşağı olması investisiya siyasətinin ehtiyatlı və konservativ aparılmasının nəticəsidir. Bu barədə fondun icraçı direkoru Şahmar Mövsümov bildirib. Qeyd edək ki, 2015-ci ilin şesabatına görə, ötən il fondun  gəlirliyi 0,89% olub.  Başqa, ölkələrin oxşar strukturlarında, məsələn Norveçin neft fondunda isə gəlirlik daha yüksək (ötən ilin 4-cü rübündə 4%) olub.

Şahmar Mövsümov bunu neft fondunun daha konservativ siyasət yürütməsi ilə ixaz edib. Onun sözlərinə görə, fondun strategiyası uzunmüddətli olduğuna görə, bazarın volotilliyini (tez-tez dəyişkənliyini) nəzərə alır. İcraçı direktorun sözlərinə görə, uzun müddətli nvestisiyalarda 1 rüb və hətta 1 illik müddət yox, uzun müddət əsas götürür: «Bəzi hallarda Norves fondu 23% zərərlə başa vurub, amma ADNF 1% gəlirlə başa vurub. Bu mənada fərqli strategiyaları müşayisə etmək olmur». 

Ş.Mövsümov bildirib ki, valyuta siyasəti diversifikasiya əsasında, balanslaşdırılmış şəkildə  aparılır: «Siyasətə görə, vəsaitlərin təqribən 50%-i dollarda saxlanılır. Başqa, daha riskli variant bizim üçün məqbul deyil».

Bununla yanaşı, fondun rəhbəri bildirib ki, ADNF-nin vəsaitlərinin yerləşdirilməsində dəyişikliklər də var. Məsələn, 2012-ci cildən etibarən qəbul olunmuş yeni strategiyaya əsasən, fond daşınmaz əmlakı, səhmlərə və digər aktivlərə də vəsaitlər yatırır: «Amma ümumilikdə, bizim məqsədimiz aqressiv investisiya siyasəti deyil. Biz daha çox konserviativ siyasət aparırıq. Əsas odur ki, gəlirlərimiz aşağı olsa da, aktivlərimiz sabit qalsın». 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271