BÜDCƏ

Dövlət Neft Fondu bu layihələrə pul xərcləyib
12 OKTYABR
270

Dövlət Neft Fondu bu layihələrə pul xərcləyib

2016-10-12 15:34:00

Dövlət Neft Fondu (DNF) 2016-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 3 260 milyon manat transfer edib. Fonddan fins. az-a verilən xəbərə görə, qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması və sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 73,8 milyon manat ayırıb.

Samur-Abşeron siuvarma sisteminin yenidən qurulması layihəsinə 39,1 milyon manat, Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin maliyyələşməsinə 48,6 milyon manat vəsait ayrılıb. DNF Azərbaycanın xaricdəki layihələrinə də vəsait ayırıb. Belə ki, “Xaricdə təhsil üzrə Dövlət Proqramı”na 20,8 milyon manat , “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat, “Star” neft emalı kompleksinin tikintisində Azərbaycanın payının maliyyələşməsinə isə 127 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275