BÜDCƏ

SOCAR büdcə ödənişlərini azaldıb
12 OKTYABR
199

SOCAR büdcə ödənişlərini azaldıb

2016-10-12 11:08:00

2016-cı ilin yanvar-sentyabr aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 1 mlrd. 24,827 mln. manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-sentyabr aylarında SOCAR dövlət büdcəsinə 1 mlrd. 135 mln. manat vergi ödəyib. Beləliklə, 2016-cı ilin 9 ayı ərzində vergi ödənişlərinin həcmi 9,7% azalıb.

Cari ilin sentyabr ayında SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 119 mln. 443 min manat təşkil edib.

Yanvar-sentyabr ayları ərzində SOCAR-ın icbari sosial sığorta üzrə ödənişləri 107 mln. 163 min manat (artım 2,8%), sentyabrda 12 mln. 816 min manat təşkil edib.

Xəbər verildiyi kimi, 2015-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 480 mln. 195 min manat vergi ödəyib.

SOCAR-ın 2016-cı il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 240 mln. manat səviyyəsində müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275