BÜDCƏ

İcra başçıları qarşısında yeni tələblər – CANLI YAYIM
11 OKTYABR
6990

İcra başçıları qarşısında yeni tələblər – CANLI YAYIM

2016-10-11 16:28:00

Gələn ilin büdcəsində rayonlara ayrılan vəsait 2016-ci illə müqayisədə 10 dəfədən artıq azaldılıb. Bu isə o deməkdir ki, rayonlar öz büdcələrini özləri formalaşdırmalı, iş adamlarına maksimum şərait yaratmalıdırlar. Fins.az xəbər verir ki, 2016-ci ildə rayonlara ümumilikdə 774 milyon manat ayrılıb. Gələn il isə bu rəqəm cəmi 76 milyon manat olacaq. Bəzi rayonlara ümumiyyətlə vəsait ayrılmayacaq.

Bu il büdcədən vəsait almayan regionların sayı 6 idi, gələn il isə 34 olacaq. Eyni zamanda onlardan 20 rayon özü büdcəyə müəyyən həcmdə vəsait ödəməlidirlər. Məsələn, gələn il büdcəyə Abşeron rayonu 22,9 milyon manat, Xaşmaz rayonu 7,3 milyon manat, İmişli 13,7 milyon manat, Qəbələ 6,4 milyon manat, Quba 5 milyon manat ödəməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275