BÜDCƏ

Azərbaycandan xaricə dəri çıxaranlar yüksək rüsum ödəyəcək - YENİ QƏRAR
08 OKTYABR
542

Azərbaycandan xaricə dəri çıxaranlar yüksək rüsum ödəyəcək - YENİ QƏRAR

2016-10-08 11:30:00

Azərbaycanda yüngül sənayenin inkişafı məqsədi ilə ölkədən dəri ixracı yüksək gömrük rüsumuna cəlb olunacaq.

Fins.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə yeni mal mövqeyi əlavə edib.

Eləcə də bax: Gömrük rüsumları artdı - QƏRAR №367 - TAM MƏTN

İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllənmiş, pikellənmiş və ya digər üsulla konservləşdirilmiş, lakinaşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emale dilməmiş), tükörtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş halda Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 500 dollar ixrac gömrük rüsumu alınacaq. Emal edilməmiş qoyun və ya quzu dəriləri (təzə və yaduzlu, quru, küllənmiş, pikellənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakinaşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), yunörtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş halda Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 500 dollar ixrac gömrük rüsumu tətbiq olunacaq. İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) gönündən aşılanmış dəri və ya krast və ya atlar fəsiləsi heyvanlarının, tükörtüyü olmayang önlərindən hazırlanan, ikilənmiş və ya ikilənməmiş və sonradan emal edilməmiş, nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla) Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 350 dollar ixrac gömrük rüsumu tətbiq ediləcək. Qoyun və ya quzu gönündən aşılanmış dəri və ya krast, yunörtüyü olmayan, ikilənmiş və ya ikilənməmiş, lakin sonradan emal olunmamış, o cümlədən nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla) Azərbaycandan ixrac edilən zaman isə hər 1000 kq dəri üçün 150 dollar ixrac gömrük rüsumu alınacaq.

Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədədir.

Qeyd edək ki, Azərbaycanda xəz dəri emalı müəssisəsinin olmadığı üçün sahibkarlar indiyə qədər xammalı gömrük rüsumunu ödəmədən xammalı xaricə ixrac ediblər. İki həftə öncə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirmişdi ki, bu sahədə ixrac rüsumlarının tətbiqi daxili bazarı qoruyacaq.

Eləcə də bax: Ölkədən xəz dəri çıxarılması üçün rüsum ödəniləcək - YENİLİK

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270