BÜDCƏ

Vergi işçilərini necə seçirlər?-MÜZAKİRƏ
07 OKTYABR
593

Vergi işçilərini necə seçirlər?-MÜZAKİRƏ

2016-10-07 18:38:00

Oktyabr ayının 7-də Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi sahəsində kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dövlət qurumları, universitetlər, qeyri-hökumət təşkilatları, sahibkarlar və və müstəqil ekspertlər iştirak ediblər. 

Tədbirdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, nazirlik uşaqların, yeniyetmə və gənclərin vergi biliklərinin artırılmasına çalışır. Bu məqsədlə 2004-cü ildən Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq başlayıb. Əməkdaşlıq çərçivəsində gənclərin, şagird və tələbələrin vergi biliklərinin artırılması üçün orta məktəblərdə vergilərə həsr edilmiş metodiki kabinetlər və «Vergi tədris otaqları» yaradılıb. Hər il şagirdlər və tələbələr arasında bilik yarışları və olimpiadalar keçirilir.

Dəyirmi Masada çıxış edən millət vəkili Ziyad Səmədzadə vergi orqanlarında insan resurslarının inkişafı üçün aparılan işləri təqdirəlayiq sayıb.

Tədbirdə təlim və insan resursları sahələrində təcrübə mübadiləsi aparılıb, bu sahələrdəki metod və texnologiyaların təkmilləşdirilməsi yolları barədə müzakirələr keçirilib. Bildirilib ki, vergi sisteminin təkmilləşdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artması da vergi orqanlarındakı kadr potensialının gücləndirilməsi ilə bağlıdır. Dəyirmi Masada maliyyə-vergi sahəsində kadr hazırlığı prosesində rast gəlinən problemlər, Vergilər Nazirliyinin kadr hazırlığı sahəsində fəaliyyəti haqqında geniş müzakirələr aparılıb.

Tədbirdə vergi orqanlarında kadr hazırlığı ilə bağlı müzakirələr aparılıb, mövcud problemlər təhlil edilib və bu sahədə yeni inkişaf istiqamətlərinin müəyyənləşməsi ilə bağlı təkliflər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274