BÜDCƏ

Bu il üçün proqnozlaşdırılan ÜDM nə qədərdir?
06 OKTYABR
221

Bu il üçün proqnozlaşdırılan ÜDM nə qədərdir?

2016-10-06 12:32:00

Ümumi Daxili Məhsul (Gross Domestic Product) - verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir .

ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir.

Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür. Bu səbəbdən nominal ÜDM məhsulun qiymət dəyişikliklərindən asılıdır – yəni inflyasiya (deflyasiya) nəticəsində məhsulun qiyməti qalxdıqda(düşdükdə) nominal ÜDM da qalxır(düşür).

Məhsulun qiymətindən asılılığı aradan qaldırmaq və səhv yanaşmadan yayınmaq üçün real ÜDM hesablanır. Real ÜDM-da qiymət dəyişiklikləri nəzərə alınır. Bunun üçün bir il əsas götürülməli və növbəti illərdə əsas götürülmüş ilin qiymətləri tətbiq edilməlidir.

2016-cı il üçün dövlətlərin ÜDM həcmi artıq proqnozlaşdırılmışdır.

30 iyun 2016-cı il məlumatlarına əsasən sözügedən ildə Azərbaycanın və qonşu dövlətlərin ÜDM həcmi və onun artım tempi aşağıdakı kimi olacaqdır:

Ölkə

ÜDM həcmi (milyard dollar)

ÜDM artımı

Rusiya

1 132.74

-1.849%

Türkiyə

751.186

3.8%

İran

386.12

3.957%

Azərbaycan

35.141

-2.991%

Gürcüstan

13.942

2.457%

Ermənistan

10.774

1.886%

Proqnozlaşdırılan məlumatlara əsasən, Rusiya və Azərbaycanın ÜDM həcmində azalma gözlənilir. 

Digər qonşu dövlətlərdə isə ÜDM göstəricisində artım qeydə alınacaq.

Mənbə: banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271