BÜDCƏ

İdxal rüsumlarının qaldırılması spirtli içkilərə şamil edilmir
06 OKTYABR
280

İdxal rüsumlarının qaldırılması spirtli içkilərə şamil edilmir

2016-10-06 09:57:00

Bir sıra kənd təsərrüfatı və ərzaq məhsullarına idxal rüsumlarının yenidən baxılması barədə hökumətin qərarı spirtli içkilərə şamil edilmir. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Belə ki, noyabrın 1-dən gömrük dərəcələrinin artırılacağı digər mallar sırasında səhvən spirtli içkilər də göstərilib.

Xarici iqtisadi fəaliyyət üzrə 22-cı əmtəə qrupunda (spirtli və spirtsiz içkilər) gömrük dərəcələri yalnız 220290 kodlu mallar – meyvə və tərəvəz şirələri üzrə artırılıb. 2016-cı ilin birinci yarısında həmin içkilərin idxal həcmi (şəkər və ya aromatik maddələr əlavə etməklə digər sular)  ümumi məbləği 1 mln. 725,3 min dollar həcmində 2 mln. 443 litr təşkil edib.

Qeyd edək ki, son 2 ayda Azərbaycanda spirtli içkilərin qiyməti orta inflyasiya göstəricisini qabaqlamaqla artır. Bakıda ticarət şəbəkəsində araq orta hesabla 10-15%, konyak və viski 2 dəfə artıb.

Bu ilin yanvarından Azərbaycan hökuməti spirtli içkilərin bütün növləri üzrə satışda nağdsız hesaba keçmək niyyətində idi. Lakin müvafiq normativ aktların qəbuluna baxmayaraq, bu, baş verməyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda 7,7 mln. litr araq istehsal edilib ki, bu da 2014-cü ildə olduğundan 1 mln. litr çoxdur. 2010-cu ildə Azərbaycanda araq istehsalının leqal həcmi 8 mln.850 min litrə çatıb.

Dövlət Komitəsinin məlumatına görə, 2015-ci ildə 864,6 min litr araq idxal edilib ki, bu da Azərbaycan gömrüyündə  13 mln. 633,2 min dollar məbləğində bəyan edilib. Bu ilin altı ayında 136,5 min litr araq (1,32 mln. dollat) idxal edilib.

Mənbə: Turan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270