BÜDCƏ

«Tax-free»dən necə istifadə etmək olar – QAYDALAR
04 OKTYABR
443

«Tax-free»dən necə istifadə etmək olar – QAYDALAR

2016-10-04 17:45:00

Azərbaycana gəən turistlər «Tax-free» sistemində istifadə edərkən yalnız şəxsi istifadə üçün aldıqları mallara görə ƏDV-ni geri alacaqlar. Fins.az-ın məlumatına görə,  bu barədə «Tax-free» sisteminin təqdimatına həsr edilən tədbirdə bildirilib: «Turist yalnız şəxsi istifadə üçün aldığı mallara görə vergiləri qaytaracaq. Yəni sahibkarlıq fəaliyyəti üçün alınan verilətə «tax free» tətbiq edilmir».

Tax free sisteminə düşən malların siyahısı da məlumdur. Amma bəzi mallara görə vergi qaytarılmayacaq. Bura aksizli mallar, ərzaq malları, lisenziya tələb olunan mallar, külçə şəklində qiymətli əşyalar, emal olunmayan qiyməti daşlar və s. aiddir. 

Tədbirdə bildirilib ki, turistlərə ƏDV o halda qaytarılır ki, onlar malı aldıqdan sonra 90 gün ərzində ölkəni tərk etsinlər. Bu zaman turistin üzərində şəxsiyyətini təsdiqləyən sənəd və alqı-satqını təsdiqləyən faktura olmalıdır ki, gömrük sistemi və banka təqdim etsin.

Bildirilib ki, «Tax Free» sistemində satış məntəqəsində alış veriş-sürətli icra edildikdən sonra, gömrük məntəqəində avtomatik risk qiymətləndirilməsi aparılır. Bunun nəticəsində turist əlavə yoxlamaya məruz qala və ya qalmaya bilər. Sonra isə xarici vətəndaş banka yaxınlaşaraq ona qaytarılan vergini alır. 

«Tax-Free»yə düşən minimum məbləğ 300 manatdır. Qaytarılan ƏDV alqı-satqı dəyərinin 12%-ni təşkil edir. Turistlər bunu nağd şəkildə dərhal, nağdsız şəkildə isə 10 gün ərzində bank hesabına ala bilərlər.

Bu sistemin işləyəcəyi ticarət obyektləri də müəyyən tələblərə cavab verməlidir. Əvvəl bu sistem yalnız pərakəndə satış şəbəkəsi olmalıdır. Qaytarılan vergi ƏDV olduğuna görə, satış mənqtəqəsi də ƏDV ödəyicisi olmalıdır. Turistin fakturanı alması üçün burada kassa apparatı və post terminalı olmalıdır. Bundan başqa, satış məntəqəsinin vergi borcu olmamalı və o intizamlı ödəyici olmalıdır. Yalnız belə məntəqələr «tax-free» sisteminə qoşula bilər. Turistlər buradan mal alarkən satıcı ona «Tax free» sisteminin necə işlədiyi, alınan mallara, onların çeşidi  və məbləğinə dair tələbləri, eləcə də proseduru izah etməlidir.

«Tax free» sisteminə qoşulan obyektin ikinci məntəqəsi açılarsa, bunun üçün də Vergilər Nazirliyinə əlavə məlumat verməlidir.

Tədbirdə bildirilib ki, sistemin təhlükəsizliyi yüksək səviyyədə qurulub, fakturanı saxtalaşdırmaq və ya hər hansı qanunsuz addım atmaq praktiki olaraq mümkün deyil.

Azərbaycanda TAX FREE sistemi onunla fərqlənir ki, böyük həcmdə sənədlərin doldurulmasına və toplanmasına ehtiyac yoxdur, sistem tam avtomatlaşdırııb və elektronlaşdırılıb. Nəticədə turistə verilən hesab faktuların elektron variantını bütün sistem görə biləcək bu da prosesi maksimum sürətləndirəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272