BÜDCƏ

Patent vergisi kimlərdən tutulacaq? - AÇIQLAMA
04 OKTYABR
568

Patent vergisi kimlərdən tutulacaq? - AÇIQLAMA

2016-10-04 13:37:00

Patent vergisinin tətbiqi  ilə bağlı yeni  qanun  layihəsi hazırlanıb.  Vergilər nazirinin müavini İlkin Vəliyevin fins.az-a verdiyi məlumata görə,  hazırda layihə müzakirə olunur.

O bildirib ki, patent vergisi repititorlar, bağbanlar, müxtəlif təmir və tikinti işləri görən ustalar, dil təlimçiləri və bu kimi fərdi qaydada xidmət göstərən şəxslərə tətbiq ediləcək. Həmin şəxslərin dəqiq siyahısı və ödənişin məbləği müəyyənəşdirilir. Nazir müavini  patent vergisinin 50 manat və daha artıq olacağını istisna etməyib.

İ.Vəliyevin sözlərinə görə, bu vergi növü diferensial qaydada toplanacaq.  Belə ki, bölgələrdə  həmin xidmətlər  paytaxla müqayisədə aşağı olduğundan vergi ödənişləri də fərqli olacaq.  

Qeyd edək ki,  patent vergisinə cəlb olunan şəxslərin qeydiyyatı və ödənişləri  ənənəvi qaydada olmayacaq. Belə ki, onlar VÖEN almayacaqlar,  hesab açmayacaqlar, vergi hesabatları verməyəcəklər. Çünki bu texniki cəhətdən mümkün deyil.  

Xatırladaq ki, sadələşmiş vergi ödənişi də diferensial qaydada toplanır. Regionlar üçün bu məbləğ 2%,  Bakıda  isə 4% müəyyən edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271