BÜDCƏ

Maliyyə Nazirliyində yeni şöbə yaradılıb
03 OKTYABR
686

Maliyyə Nazirliyində yeni şöbə yaradılıb

2016-10-03 17:56:00

Maliyyə Nazirliyinin (MN) Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin bazasında yeni şöbə yaradılıb.

Nazirlikdən verilən məlumata görə, söhbət Maliyyə xidmətləri üzrə siyasət şöbəsindən gedir.

Əvvəlki şöbəyə rəhbərlik edən Ziyəddin Allahverdiyev yeni şöbənin müdiri təyin edilib.

Xatırladaq ki, MN sığorta bazarı ilə bağlı səlahiyyətlərini bu ilin əvvəllərində itirib. Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və MN yanında Dövlət Sığorta Nəzarət Xidməti ləğv edilərək onun səlahiyyətləri yeni quruma verilib.  

Mənbə: Banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274