BÜDCƏ

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə 10 mln. AZN ayrıldı
01 OKTYABR
343

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə 10 mln. AZN ayrıldı

2016-10-01 09:55:00

Prezident İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10 000 000 (on milyon) manat ayrılacaq.

Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlamaq, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. 

Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272