BÜDCƏ

Neft 1 dollar ucuzlaşsa büdcədə nə dəyişəcək?-PROQNOZ
29 SENTYABR
505

Neft 1 dollar ucuzlaşsa büdcədə nə dəyişəcək?-PROQNOZ

2016-09-29 19:36:00

2017-ci il dövlət büdcəsi üçün yarana biləcək risklər və təhdidlər açıqlanıb. Fins.az-ın məlumatına görə, 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrə görə, yarana biləcək risklərdən qorunmaq məqsədilə büdcə göstəriciləri üç ssenari üzrə - pessimist (35 ABŞ dolları), baza (40 ABŞ dolları) və optimist (45 ABŞ dolları) proqnozlaşdırılıb.

Layihədə qeyd edilir ki, xam neftin qiymətinin büdcəyə təsiri ARDNF-in büdcəyə transfertləri ilə yanaşı, ARDNŞ-i və ABƏŞ-in büdcəyə ödədiyi mənfəət vergisidir. Cəmi dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 45 faiz olan ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi xam nefitn qiymətindən asılı deyil və ölkəmizin neft gəlirlərinin ARDNF-də toplanmasının da ən əsas məqsədlərindən biri məhz dövlət büdcəsini neft qiymətlərinin dəyişməsi ilə bağlı yarana biləcək risklərdən qorumaq olmuşdur.

Xam neftin qiyməti 5 ABŞ dolları qədər aşağı düşəcəyi təqdirdə dövlət büdcəsi gəlirlərinin 10 faizini təşkil edən ARDNŞ-in və ABƏŞ-in mənfəət vergisinin orta hesabla 106,7 mln. manat azalması dövlət büdcəsinin gəlirlərini cəmi 0,6 faiz azaldacaqdır.

İcmal büdcənin neftin qiymətindən asılı əsas göstəriciləri dövlət büdcəsinin və ARDNF-un gəlirləridir. Xam neftin 1 barrelinin qiyməti 1 ABŞ dolları ucuzlaşarsa dövlət büdcəsinin gəlirləri 41,6 mln. manat azalacaqdır. Ən pis ssenari baş tutacağı halda belə, dövlət büdcəsinin kəsrinin ÜDM-də xüsusi çəkisi 1,8 faiz olacağı gözlənilir ki, bu da məqbul hesab edilir. Azərbaycan Respublikası Dövlət Neft Fodnunun gəlirləri və xam neftin qiyməti arasındakı əlaqənin təhlili göstərir ki, xam neftin bir barelinin qiymətinin 1 ABŞ dolları ucuzlaşması ARDNF-un gəlirlərini təxminən 292,0 mln. manat həcmində azaldacaq ki, bu da cəmi icmal büdcə gəlirlərinin 1,4 faizini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275