BÜDCƏ

Gələn il gəlir və xərcləri – MƏLUM OLDU
29 SENTYABR
217

Gələn il gəlir və xərcləri – MƏLUM OLDU

2016-09-29 13:00:00

Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsi layihəsində nəzərdə tutulan gəlir və xərclər məlum olub.

Fins.az-ın Nazirlər Kabinətindən əldə etdiyi məlumata görə, gələn ilin büdcə layihəsində gəlirlər 15955000,0 min manat, xərclər isə 16600000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 15312619,0 min manat, yerli gəlirlər 642381,0 min manat, mərkəzləşdirilmiş xərclər 15881730,0 min manat, yerli xərclər 718270,0 min manat) məbləğində nəzərdə tutulub. 

Dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. 

Beləliklə, gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275