BÜDCƏ

Vergi borclarımızı tədricən ödəyəcəyik – ŞADLIQ EVİ
28 SENTYABR
228

Vergi borclarımızı tədricən ödəyəcəyik – ŞADLIQ EVİ

2016-09-28 17:07:00

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin paytaxtın müxtəlif rayonlarındakı borclu vergi ödəyicilərinin əmlakını siyahıya aldığı xəbərini vermişdik.  Bunlar Nizami rayonu, B.Çobanzadə küçəsi, məhəllə 2403 ünvanda yerləşən “Emin-N” MMC-yə məxsus “Golden ring” şadlıq sarayı və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 5A ünvanda yerləşən fiziki şəxs Quliyev Rüfət Faiq oğluna məxsus əvvəlki adı“Xoşbəxtlik”, indiki adı isə “Badü-Kübə” olan şadlıq eviləridir. 

Adı çəkilən “Golden Ring” şadlıq sarayının 92 min 991 manat,”Badü-Kübə” şadlıq sarayının isə 58 344 manat borcu var. 

Eləcə də bax: 2 şadlıq evinin əmlakı siyahıya alındı – VERGİ BORCU

Bu borcun ödənilməsi üçün vergi əməkdaşları “Golden Ring” restoranının  38 900 manat məbləğində,”Badü-Kübə” şadlıq sarayının isə 24 250 manat dəyərində mebel və məişət avadanlıqlarını siyahıya alıblar. Əgər vergi borcu ödənilməsə bu əmlaklar hərraca çıxarılıb satılacaq, əldə edilən vəsait isə büdcəyə keçiriləcək. 

Şadlıq evlərinin özləri bu halı faciə saymırlar və bildirirlər ki, fəaliyyətlərini davmm etdirirlər.”Badü-Kübə” şadlıq sarayının əməkdaşı fins.az-a bildirib ki, hazırda şadlıq sarayı fəaliyyətdədir və toy sifarişləri qəbul edir: «Hətta dekabr ayı üçün də sifariş qəbul edirik». 

“Golden Ring” şadlıq sarayının baş inzibatçısı da şadlıq saraylarının normal qaydada fəaliyyət göstərdiyini bildirib. Vergi borcuna gəlincə isə “Golden Ring” şadlıq sarayının rəsmisi bildirib ki, vergi borcları tədricən ödəniləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272