BÜDCƏ

2017-ci ildə ÜDM üçün – PROQNOZ
27 SENTYABR
314

2017-ci ildə ÜDM üçün – PROQNOZ

2016-09-27 15:21:00

Asiya İnkişaf Bankı (AİB) 2016-cı ildə Azərbaycanda ÜDM-in 2,5% azalmasını proqnozlaşdırır. Bu barədə çərşənbə axşamı bankın saytında dərc olunan Asian Development Outlook 2016 yenilənmiş icmalda qeyd edilir.

AİB-in mart imalında cari il Azərbaycanda resessiya 1% səviyyəsində proqnozlaşdırılırdı.

Bununla belə, bank 2017-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 1% səviyyəsində saxlayıb.

AİB həmçinin inflyasiya və Azərbaycanın tədiyə balansının göstəriciləri üzrə proqnozları dəyişməyib. Xüsusilə, bank 2016-cı ildə inflyasiyanın 12%-dək sürətlənməsi, 2017-ci ildə 5,2%-dək ləngiməsini proqnozlaşdırır.

Bank 2016-cı ildə Azərbaycanda tədiyə balansının kəsirini ÜDM-in 0,6%, 2017-ci ildə profistiti - ÜDM-in 1,5% səviyyəsində proqnozlaşdırır.

Azərbaycan hökuməti 2016-cı ildə ÜDM-in artımını 1,8%, orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.

2015-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,1% olub, inflyasiya 4% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270