BÜDCƏ

Ölkədən xəz dəri çıxarılması üçün rüsum ödəniləcək - YENİLİK
21 SENTYABR
234

Ölkədən xəz dəri çıxarılması üçün rüsum ödəniləcək - YENİLİK

2016-09-21 15:55:00

Azərbaycandan xaricə xəz dərini çıxaranlar rüsum ödəyəcəklər. Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycandan xəz dərinin çıxarılmasına görə gömrük rüsumu tutmağı təklif edib. Bunu DGK-nın sədri Aydın Əliyev "Caspian European Club"un üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, müvafiq təklif artıq ölkə hökumətinə göndərilib: "Bu təklif artıq hökumətdə müzakirə olunur və fikrimcə, təklif yaxın gələcəkdə qəbul olunacaq. Bizdə xəz dəri emalı müəssisəsinin olmadığını nəzərə alsaq, sahibkarlar gömrük rüsumunu ödəmədən xammalı xaricə ixrac edirlər".

Bu barədə "Caspian European Club"un üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi qurum hökumətə  təklif göndərib: "Hazırda təklif hökumətdə müzakirə olunur və düşünürəm ki, tezliklə qəbul olunacaq. Bizdə emal zavodu olsaydı xammal yerli bazara verilərdi. Ona görə də bəzi iş adamları rüsum ödəməməklə bunu xarici bazara çıxarmağa çalışır".

A.Əliyev onu da deyib ki, bu ilin ilk üç ayı ərzində gömrük cinayətləri ilə bağlı dövlət büdcəsində 1 mln. manatr vəsait daxil olub: "Son bir ildə 1,1 ton heroin, 20 kq-a qədər digər narkotik vasitənin qaçaqmalçılığının qarşısı alınıb".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275