BÜDCƏ

İlk kredit bürosunun fəaliyyətə başlayacağı tarix – AÇIQLANDI
19 SENTYABR
447

İlk kredit bürosunun fəaliyyətə başlayacağı tarix – AÇIQLANDI

2016-09-19 14:15:00
Azərbaycanda fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması məqsədi ilə kredit büroları yaradılacaq.
 
Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məlumat verilib.
 
Komitə sədri Ziyad Səmədzadə deyib ki, prezident İlham Əliyev tərəfindənMilli Məclisə "Kredit  büroları haqqında" qanun layihəsi daxil olub. Onun sözlərinə görə, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlarla birlikdə 5 ildən artıqdır ki, bu qanun layihəsi üzərində işlənilir. R. Aslanlı bildirib ki, kredit bürolarının yaradılması fiziki və hüquqi şəxslərin maliyyə xidmətlərinə çıxışını yaxşılaşdıracaq: "Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır. Bilirsiniz ki, Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti fəaliyyət göstərir. Kredit bürolarını Xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq".
 
R. Aslanlı qeyd edib ki, qanun qəbul edilərsə, bir il sonra Azərbaycanda kredit büroları fəaliyyətə başlaya bilər. Onun fikrincə, kredit bürolarının fəaliyyəti ilə bankların xərclərini azaldacaq. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək. 
 
Qeyd edək ki, iclasın sonunda qanun layihəsi Milli Məclisin Plenar iclasına tövsiyə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275