BÜDCƏ

Azərbaycanda ÜDM-də turizmin payı açıqlandı
15 SENTYABR
288

Azərbaycanda ÜDM-də turizmin payı açıqlandı

2016-09-15 15:32:00

Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 4,5 faizə qədəri turizm sənayesinin payına düşür.

Fins.az-ın "Trend"ə istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə keçirilən mərasimdə deyib.

Ə.Qarayev bildirib ki, bu gün turizm sənayesi bütün dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilib:

"Buna görə də əhəmiyyətli coğrafi mövqeyə, iqlimə, təbiətə, zəngin tarixə, mədəniyyətə, o cümlədən mətbəxə sahib olan ölkəmizin turizm potensialını turistlərə layiqli səviyyədə təqdim etmək üçün yüksəkixtisaslı kadrlara ehtiyacı var. Hər il ölkəmizdə yeni-yeni hotellər, turizm mərkəzləri açılır. Həmin müəssisələrə yüksəkixtisaslı kadrların hazırlanması üçün yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinin böyük gələcəyi olduğunu bir daha göstərir”.

Nazir vurğulayıb ki, hazırda Azərbaycanın turizm sektorunda 50 min nəfərdən artıq insan çalışır, ölkə üzrə ümumi daxili məhsulun 4,5 faizə qədəri turizm sənayesinin payına düşür: “Bu, başlanğıcdır və Azərbaycanda turizm sənayesinin böyük gələcəyi var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271