BÜDCƏ

Vergi yığımı planının icra vəziyyəti açıqlandı
15 SENTYABR
294

Vergi yığımı planının icra vəziyyəti açıqlandı

2016-09-15 12:00:00

2016-cı ilin yanvar-avqust aylarında regionlardan dövlət büdcəsinə vergi daxilolmaları 381,1 mln. manat təşkil edib, plan tapşırığı 104,6% yerinə yetirilib. Bu barədə Ərazi vergiorqanlarıilə iş üzrə baş idarəninrəisi Elçin Bəylərov məlumat verib.

"8 ay ərzində ərazi vergi orqanları dövlət büdcəsinə 381,1 mln. manat məbləğində vəsaitin daxil olmasını (plan 364,5 mln. manat) təmin ediblər, yəni plan tapşırığı 104,6% icra olunub", - deyə E.Bəylərov “Vergilər” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, regional bölmələrdən vergi daxilolmalarının 61,2%-i ƏDV, mənfəət və gəlir vergisinin payına düşür.

İdarə rəisi əlavə edib ki, cari ilin yanvar-avqust aylarında ərazi vergi orqanları tərəfindən ƏDV ödəyicisi qismində qediyyata alınmış vergi ödəyicilərinin sayı 10,2% artıb.

Mənbə: "İnterfaks-Azərbaycan"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275