BÜDCƏ

Neft Fondunun aktivləri $46 mlrd.-ı ötəcək
15 SENTYABR
500

Neft Fondunun aktivləri $46 mlrd.-ı ötəcək

2016-09-15 10:27:00

Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı ildə Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2015-ci illə müqayisədə 1,4% - $33 mlrd. 574 mln.-dək azalacağını proqnozlaşdırır.

BVF-nin proqnozlarına görə, 2017-ci ildə fondun aktivləri 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 3,9% - $34 mlrd. 407 mln.-dək artacaq.

2018-2020-ci illərdə ARDNF-in aktivləri yüksək templə artacaq. 2018-ci ilin yekunları üzrə onların həcmi $37 mlrd. 254 mln., 2019-cu ildə $41 mlrd. 289 mln., 2020-ci ilin yekunları üzrə $46 mlrd. 66 mln. səviyyəsində proqnozlaşdırılır.

Xəbər verildiyi kimi, 2016-cı ilin I yarısında ARDNF-in aktivləri 4,6% - $35 mlrd. 117,9 mln.-dək artıb.

Mənbə: "İnterfaks-Azərbaycan"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275