BÜDCƏ

Dövlət büdcəsinə gömrük daxilolmalarının həcmi ikiqat artıb
15 SENTYABR
213

Dövlət büdcəsinə gömrük daxilolmalarının həcmi ikiqat artıb

2016-09-15 10:14:00
Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 244 mln. 89,6 min manat təşkil edib.
 
Fins.az APA-ya istinadən xəbər verir ki, bu, 2015-ci ilin eyni ayı ilə müqayisədə 127 mln. 081,17 min manat və ya 2,08 dəfə çoxdur. İyul ayı ilə müqayisədə 57 mln. 298,96 min manat və ya 30,67% artıqdır.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 62 mln. 64,1 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 159 mln. 155,7 min manat, aksizlər üzrə 8 mln. 910,1 min manat, yol vergisi üzrə isə 13 mln. 959,7 min manat təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272